Kövrəldiyi anlar kameraya düşdü - VİDEO

“Aston Villa” klubunun qapıçısı Emiliano Martinez komandadan ayrılır.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Premyer Liqanın 37-ci turunda “Tottenhem”lə keçirilən oyundan (2:0) sonra 32 yaşlı qolkiper azarkeşlərlə vidalaşıb. Ulduz futbolçunun kövrəldiyi anlar kameralara düşüb, həmin görüntülər sosial şəbəkələrdə geniş paylaşılır.
E.Martinezin gələcək karyerası ilə bağlı rəsmi qərar hələ açıqlanmayıb. Ona Səudiyyə Ərəbistanından təkliflər olsa da, qapıçı Avropada qalmaq niyyətindədir.
Qeyd edək ki, Emiliano Martinez “Aston Villa”ya 2020-ci ildə “Arsenal”dan transfer olunmuşdu. O, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub və turnirin ən yaxşı qapıçısı seçilib.
"Cebheinfo.az"