Deputat papağına görə iclasdan çıxarıldı - FOTOLAR

Deputat papağına görə iclasdan çıxarıldı - FOTOLAR

Almaniya Bundestaqının (birpalatalı parlament) iclası zamanı qeyri-adi hadisə qeydə alınıb.

“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, parlamentin “Sol” partiyasından deputatı Marsel Bauer qanunverici orqanın iclasına başında beretlə qatılıb.

33 yaşlı deputatın bu addımı onun 53 yaşlı həmkarı və Bundestaqın vitse-sədri Andrea Lindholtsun etirazına səbəb olub. O, Bauerdən bereti çıxarmağı tələb edib. 

Deputat bu tələbə etiraz etdikdə isə, o, zaldan çıxarılıb. Bauerin iclas zalından çıxarılması digər deputatların etirazına səbəb olub. 

Qeyd edək ki, Bundestaqda yalnız dini səbəblərə görə və yaxud sağlamlıqla əlaqədar zəruri hallarda baş geyimi taxmağa icazə verilir.

"Cebheinfo.az"