Türkiyə və Hindistan arasında yeni gərginlik

Hindistan tərəfindən “milli təhlükəsizlik” səbəbiylə təhlükəsizlik icazələri ləğv edilən Türkiyənin "Çelebi hava xidmətləri" şirkəti qərara qarşı məhkəmə iddiası qaldırıb.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin Pakistana verdiyi dəstək səbəbiylə alınan qərara etiraz edən şirkət işçilərin hüquqları və investorların təhlükəsizliyi səbəbiylə qərarın ləğvini tələb edir.
Türkiyənin aviasiya şirkəti, "Çelebi Hava Servisi A.Ş". Hindistandakı törəmə şirkəti "Celebi Airport Services India"-ya verilən təhlükəsizlik icazələrinin birtərəfli qaydada ləğv edilməsinə qarşı məhkəmə iddiası qaldırıb.
Türkiyə Hindistan və Pakistan arasındakı münaqişədə Pakistanı dəstəklədikdən sonra Hindistan hökuməti “milli təhlükəsizlik maraqları” əsas gətirərək "Çelebi"nin təhlükəsizlik icazəsini ləğv edib.
Şirkətin Hindistanda fəaliyyət göstərən dörd törəmə şirkəti ilə müxtəlif hava limanı operatorları arasında imzalanmış uzunmüddətli konsessiya və lisenziya müqavilələri təhlükəsizlik rəsmiləşdirilməsinin ləğvi səbəbindən birtərəfli qaydada ləğv edilib.
Hindistandakı hava limanı səlahiyyətliləri ləğv qərarını milli təhlükəsizlik icazələrinin ləğvi ilə əsaslandırsa da, "Celebi Aviation" əməliyyatlarının heç bir şəkildə ölkənin təhlükəsizlik qaydalarına zidd olmadığını vurğulayıb.
Şirkət iddiaların həqiqəti əks etdirmədiyini iddia edərək, bu qərarların ləğvi üçün bütün inzibati və hüquqi yollardan istifadə edəcəyini açıqlayıb.
"Reuters"-in xəbərinə görə, "Çelebi Airport India" 3 791 nəfərin işini itirməməsi, investorların şirkətə inamının azalmaması üçün şirkətə məlumat verilmədən qərar verildiyini bildirərək, qərarın ləğvini istəyib. İşə bazar ertəsi baxılacağı gözlənilir.
"Çelebi Aviasiya"dan dünən verilən açıqlamada Hindistan səlahiyyətliləri ilə "tam əməkdaşlıq etdiyini" və milli təhlükəsizlik narahatlığına görə yerüstü və yük anbarı əməliyyatlarının dayandırılmasından sonra qaydalara riayət etdiyini söyləyib.
Şirkətdən verilən açıqlamada deyilir:
"Biz müvafiq yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edərək prosesi diqqətlə və qanuni çərçivədə izləyirik. Bu günə kimi bütün fəaliyyətlərimiz qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilib”.
"Çelebi" açıqlamasında həmçinin bildirib ki, Kanada, ABŞ, İngiltərə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Qərbi Avropadan olan institusional investorlar şirkətin 65 faizinə, qalan 35 faizi isə "Çelebioğlu" ailəsinə məxsusdur.
Nigar
"Cebheinfo.az"