Rusiya-Ukrayna danışıqlarının detalları məlum oldu

Ukrayna nümayəndə heyəti ilə görüş zamanı ruslar bir neçə ilkin şərt irəli sürüblər.
“Cebheinfo.az”-ın məlumatına görə, “Bloomberg” agentliyi belə yazır.
Qeyd edilir ki, Moskva Kiyevdən Ukraynanın neytral statusunu saxlamağı, ölkə ərazisində xarici silahlı qüvvələr və ya kütləvi qırğın silahlarının olmamasını, Kiyevin təzminat tələbindən əl çəkməsini, ilhaq edilmiş Krımın və müharibə zamanı Rusiyanın qismən işğal etdiyi dörd rayonun beynəlxalq səviyyədə Rusiya əraziləri kimi tanınmasını tələb edir.
Sülhün bərqərar olması üçün Kreml həmçinin, Ukraynadan Donetsk, Luqansk, Xarkov və Zaporojye vilayətlərindən qoşunlarını çıxarmağı, habelə bu əraziləri Rusiyaya təslim etməyi tələb edir.Xatıırladaq ki, mayın 16-da üç illik fasilədən sonra Rusiya və Ukrayna İstanbulda birbaşa danışıqlar baş tutub.
Müşfiq Abdulla
“Cebheinfo.az”