Rusiya ordusu bu yaşayış məntəqəsini də tutdu

Rusiya ordusu Donetskdə Toretsk istiqamətində Aleksandropol yaşayış məntəqəsini nəzarətə götürüb.
"Cebheinfo.az"-ın məlumatına görə, bu barədə Ukraynanın "Deep State" resursu xəbər verib.
Bildirilir ki, son günlərdə Toretsk ətrafındakı Severnoye qəsəbəsi rayonda olduqca qaynar nöqtəyə çevrilib.
Ekspertlərin proqnozuna görə, Rusiya ordusu bu rayona əlavə ehtiyatlar cəlb edəcək, çünki onların məqsədi Toretski tutmaqdır.
Xatırladaq ki, Rusiya ordusu mayın əvvəlində də Donetskdə bir neçə yaşayış məntəqəsinə nəzarəti ələ keçirmişdi.
"Cebheinfo.az"