FTB-nin sabiq direktoru Trampa "8647" mesajına görə dindirildi

FTB-nin sabiq direktoru Trampa "8647" mesajına görə dindirildi

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi sosial şəbəkədə paylaşdığı foto səbəbi ilə ABŞ Prezidenti Donald Trampa qarşı təhdiddə ittiham olunub və Məxfi Xidmət tərəfindən dindirilib.

Barədə "The New York Times" nəşri xəbər verir.

Məsələyə səbəb Kominin sosial şəbəkədə çimərlikdə qumun üzərində "8647" rəqəmləri formasında düzülmüş balıqqulaqları fotosunu paylaşması olub.

Mütəxəssislərin izahına görə, "86" rəqəmi ABŞ şifahi dilində bəzən "yox etmək" və ya "öldürmək" mənasında işlənə bilir. "47" isə ABŞ Prezidenti

Tramp da "Fox News"a müsahibəsində bildirib ki, Komi onun öldürülməsinə çağırış edib.

"O dəqiq bilirdi ki, bu nə deməkdir. Hətta uşaq da bilir. Komi kifayət qədər səriştəli olmayıb, amma bunun nə demək olduğunu bilməyəcək qədər də yox", - deyə ABŞ lideri vurğulayıb.

Tramp Komini "vicdansız polis" adlandıraraq, məsələni baş prokuror Pem Bondinin qərarına buraxdığını deyib.

Mediada yaranan qalmaqaldan sonra Komi paylaşımı silib və bunun zorakılıq çağırışı kimi başa düşülə biləcəyini təxmin etmədiyini bildirib:

"Heç vaxt ağlıma gəlməzdi ki, kimsə bu rəqəmləri zorakılıqla əlaqələndirə bilər. Mən hər cür zorakılığa qarşıyam, buna görə də paylaşımı sildim."

Xatırladaq ki, Ceyms Komi 2013-2017-ci illərdə FTB-yə rəhbərlik edib. Tramp onu 2017-ci ildə vəzifədən azad etmişdi. Komi, həmçinin Trampın Rusiya ilə mümkün əlaqələrinə dair araşdırmaya rəhbərlik edib.

"Cebheinfo.az"