Abbas Əraqçi: "Uranın zənginləşdirilməsindən imtina etməyəcəyik"

Abbas Əraqçi: "Uranın zənginləşdirilməsindən imtina etməyəcəyik"

"İran uranın zənginləşdirilməsindən imtina etməyəcək".

"Cebheinfo.az" “Azad İran”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində tanınan hüquqlardan, o cümlədən zənginləşdirmə hüququndan imtina etməyəcəyini bildirib.

Əraqçinin sözlərinə görə, İran dinc məqsədli nüvə enerjisi sahəsində bilik və texnologiyaları inkişaf etdirməkdə qətiyyətlidir.

"Cebheinfo.az"