Tramp: “Sülhə əsas maneə Putindir”

Tramp: “Sülhə əsas maneə Putindir”

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Ukrayna ilə sülhə maneə adlandırıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, D.Tramp “Fox News” telekanalına müsahibəsində Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyədə görüşmək fürsətini əldən verməsi ilə bağlı suala cavabında belə deyib. 

Tramp Zelenskidən və onun ABŞ-nin Ukraynaya yardımı ilə bağlı təkrar şikayətlərindən söz açıb.

O qeyd edib ki, Zelenski ilə çox çətin söhbət olub. Tramp xatırladıb ki, o, həmişə ona Kiyevin “kart”larının olmadığı barədə xəbərdarlıq edib.

Xüsusi nümayəndə Stiv Uitkofu tərifləyən Prezident qeyd edib ki, Putinlə məhz o görüşməli idi:

“O, danışıqlar masası arxasındadır və bu görüşdə iştirak etmək istəyirdi”. “Mən hər zaman hiss etmişəm ki, mənsiz görüş ola bilməz. Çünki razılıq əldə ediləcəyini düşünmürəm”, - ABŞ Prezidenti belə deyib.

O əlavə edib ki, Putin bütün bunlardan bezib. 

“O, yaxşı görünmür və yaxşı görünmək istəyir. Unutmayın, bu, bir həftəyə bitməli idi”, - deyə Tramp qeyd edib.

Eyni zamanda, ABŞ Prezidenti Rusiyaya qarşı bundan əvvəl tətbiq edəcəinə dair dediyi əlavə sanksiyalardan danışıb.

O qeyd edib ki, əlavə sanksiyalar məsələsi müzakirə olunur:

“Bunu həmişə ehtiyatda saxlayırdım. Lazım olsa istifadə edəcəm. Mən bundan istifadə etməməyi üstün tuturam. Yeri gəlmişkən, bu, çox vacibdir", - deyə Tramp bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”