Lionel Messi və Lamin Yamal üz-üzə

Argentina və İspaniya milli komandaları "Finalissima"da üz-üzə gələcəklər.
Oxu.Az xəbər verir ki, oynanılması təxirə salınan həlledici matç barədə tezliklə yekun qərar veriləcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Finalissima" futbol üzrə Kopa Amerika və Avropa çempionatı qalibləri arasında keçirilən rəsmi matçdır. 2024-cü ilin yayında Argentina milli komandası Kopa Amerika, İspaniya yığması isə AÇ-2024 çempionu olub.
Bu oyunun daha öncə 2025-ci ilin martında oynanılması gözlənilsə də, sonradan isə 2026-cı ilə təxirə salınmışdı.
"Cebheinfo.az"