Tramp: "İrana dinc nüvə enerjisi lazım deyil"

Tramp: "İrana dinc nüvə enerjisi lazım deyil"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Tehranın nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etməsinə ehtiyac yoxdur, çünki İran neftlə zəngindir.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.

"Onların çoxlu nefti var. Əgər sizin hədsiz neft və qaz ehtiyatlarınız varsa, o zaman dinc nüvə enerjisi sizin nəyinizə lazımdır? Başa düşə bilmirəm", - deyə ABŞ lideri bildirib.

O, həmçinin, vurğulayıb ki, ABŞ Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcək:

"Düşünürəm ki, onlar razılığa gəlmək istəyirlər".

"Cebheinfo.az"