Premyer Liqa: "Araz-Naxçıvan" bürünc mükafatçı oldu

Premyer Liqa: "Araz-Naxçıvan" bürünc mükafatçı oldu

Misli Premyer Liqasında XXXV tura start verilib.

"Cebheinfo.az" xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.

"Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib - 0:1. Qonaqların heyətində Emmanuel Hakman 30-cu dəqiqədə fərqlənib. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.

"Zirə" "Sabah"la heç-heçə edib - 1:1. "Qartallar"ın heyətində Giorgi Papunaşvili 26-cı dəqiqədə adını tabloya yazdırıb. Pavol Safranko 67-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci yerdəki "Zirə"nin 71, beşinci sıradakı "Sabah"ın 45 xalı var.

"Araz-Naxçıvan" isə səfərdə "Şamaxı"ya qalib gəlib - 0:1. Qonaqlardan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkə UEFA Konfrans Liqasında təmsil edəcək. "Şamaxı" 36 xalla yeddincidir.

Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.

09:00

Bu gün Misli Premyer Liqasında XXXV turun açılış matçında üç matç keçiriləcək.

İlk oyun günündə "Şamaxı" klubu "Araz-Naxçıvan"ı, "Sumqayıt" klubu "Turan Tovuz"u, "Zirə" klubu "Sabah"ı qəbul edəcək.

Hər üç görüş saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura "Neftçi" - "Səbail", "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Xatırladaq ki, "Qarabağ" klubuna çempionluq medalları da məhz həmin gün təqdim olunacaq.

17 may

Misli Premyer Liqası

XXXV

Saat 17:00, "Şamaxı" - "Araz-Naxçıvan";

Saat 17:00, "Sumqayıt" - "Turan Tovuz";

Saat 17:00, "Zirə" - "Sabah".

"Cebheinfo.az"