Londonda üç iranlıya qarşı ittiham irəli sürüldü

Britaniya prokurorluğu mayın əvvəlində Londonun antiterror polisi tərəfindən saxlanılan üç iranlıya qarşı Milli Təhlükəsizlik Qanununu pozmaqda ittiham irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.
Krallıq prokurorluğu Britaniya paytaxtında yaşayan üç iranlıya - 39 yaşlı Mustafa Sepahvənd, 44 yaşlı Fərhad Cavadi Maneş və 55 yaşlı Şapur Kalehali Hani Nuriyə qarşı ittihamları təsdiqləyib.
"Hər üçü 14 avqust 2024-cü il və 16 fevral 2025-ci il tarixləri arasında xarici kəşfiyyat xidmətinin fəaliyyətinə kömək edə biləcək hərəkətləri həyata keçirməkdə ittiham olunurlar", - deyə polisin bəyanatında bildirilir.
"Cebheinfo.az"