Dünyanın ən təhlükəli vulkanlarından biri oyanıb

Havay adalarında yerləşən planetin ən təhlükəli vulkanlarından biri olan Kilauea güclü püskürmələr nümayiş etdirməyə davam edir.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) mütəxəssisləri hündürlüyü 50 metrdən 100 metrə qədər olan lava fontanlarını qeydə alır.
Maraqlıdır ki, 2024-cü ilin dekabr ayından püskürmələrin müddəti əhəmiyyətli dərəcədə dəyişib - 13 saatdan səkkiz günə qədər davamlı aktivlik.
Əlavə edək ki, Havay arxipelaqının Böyük adasında yerləşən Kilauea 1250 metr hündürlüyə çatan dünyanın ən aktiv vulkanlarından biridir.
https://t.me/aznovost/124595?single
"Cebheinfo.az"