ABŞ-də qasırğa nəticəsində ölən və xəsarət alanların sayı artdı

ABŞ-nin Missuri və Kentukki ştatlarında qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat verib.
Təbii fəlakət Kentukki ştatının Lorel dairəsində doqquz sakininin həyatına son qoyub. Missuri ştatının Sent-Luis şəhərində beş nəfər, Skott dairəsində isə iki nəfər ölüb.
Onlarla şəxs xəsarət alıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
"PowerOutage" monitorinq resursunun məlumatına görə, Kentukki ştatında 103 mindən çox sakin işıqsız qalıb. Missuridə bu rəqəm 85 min nəfərdir.
17:04
ABŞ-də dağıdıcı qasırğalar nəticəsində azı altı nəfər ölüb.
Bu barədə Oxu.Az ABC telekanalına istinadən xəbər verir.
Sent-Luisdə dörd nəfər ölüb. Virciniya ştatında isə güclü külək nəticəsində qopan ağacların avtomobillərinin üzərinə düşməsi nəticəsində iki nəfər həlak olub.
Qasırğalar şərqdən İllinoys və Kentukkiyə doğru irəliləyir.
70 milyondan çox amerikalı bu həftəsonu sərt havaya hazırlaşır. 400 minə yaxın abonent işıqsız qalıb.
https://t.me/aznovost/124551?single
"Cebheinfo.az"