Londonda Starmerin evini yandırmaqda şübhəli bilinən ikinci şəxs həbs edilib

Böyük Britaniyanın paytaxtı Londonun Luton hava limanında ölkənin Baş naziri Kir Starmerlə əlaqəli obyektlərdə yanğın törətməkdə şübhəli bilinən ikinci şübhəli həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Qeyd olunur ki, 26 yaşlı gənc günorta saatlarında Luton hava limanında həyati təhlükə törətmək məqsədi ilə yanğın törətməkdə şübhəli bilinərək həbs edilib.
Polis aydınlaşdırıb ki, bu həbs mayın 8-dən 12-dək törədilmiş hər üç yanğın hadisəsi ilə bağlıdır.
Bundan əvvəl 21 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç bu işlə bağlı həbs edilib və o, Starmerin xanımının bacısının evinin qapısını, baş nazirin köhnə avtomobilini və əvvəllər siyasətçiyə məxsus olan İslinqtondakı mənzili yandırmağa cəhd də daxil olmaqla, üç yanğında ittiham olunur.
"Cebheinfo.az"