“Qoşunların Ukraynaya göndərilməsi məsələsi müzakirə olunmur”

“Qoşunların Ukraynaya göndərilməsi məsələsi müzakirə olunmur”

NATO və ya Avropa İttifaqı (Aİ) qoşunlarının Ukraynaya göndərilməsi məsələsi hazırda müzakirə olunmur.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mertz İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşdən sonra bildirib.

“Heç bir qərar yoxdur, NATO və Aİ qoşunlarının Ukraynaya göndərilməsi müzakirə edilmir. Bu, tamamilə siyasi kontekstdən kənardır və bu barədə danışmaq üçün heç bir əsas yoxdur”, - o deyib.

Mertz qeyd edib ki, hazırda Almaniya və digər Avropa ölkələri atəşkəs üzərində işləyir.

"Cebheinfo.az"