Biləsuvarda yararsız vəziyyətdə olan məktəb təmir olunur - FOTOLAR

Biləsuvarda yararsız vəziyyətdə olan məktəb təmir olunur - FOTOLAR

Biləsuvar rayonu, Ağayrı kənd V. Rüstəmov adına tam orta məktəbinin binasında təmir işləri aparılır.

"Report"un Muğan bürosunun məlumatına görə, hazırda məktəbin dam örtüyü dəyişdirilir.

Həmçinin məktəb binasının pəncərələri və elektrik xətləri yenilənir.

Qeyd edək ki, məktəb binası əvvəllər yararsız vəziyyətdə olub.

Sözügedən məktəb Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.

"Cebheinfo.az"