İlham Əliyevin nəvəsi dünya çempionatında finala çıxdı: Emin Ağalarov VİDEO paylaşdı

İlham Əliyevin nəvəsi dünya çempionatında finala çıxdı: Emin Ağalarov VİDEO paylaşdı

Xalq artisti, “Agalarov Development” şirkətinin təsisçisi  Emin Ağalarov qızı Əminənin uğurunu paylaşıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, E. Ağalarov instaqram hesabında İtaliyanın Peruca şəhərində kung fu üzrə dünya çempionatında çıxış edən Əminənin görüntülərini bölüşüb.

“Qürurum, Əminəm! Bu gün həqiqətən sizinlə bir sevinci bölüşmək istədim. Bütün uşaqlara qələbələr, özlərinə inam və sevdikləri işlə məşğul olmaqdan həzz arzulayıram”, - o paylaşımda yazıb.

Qeyd edək ki, Əminə Əliyeva çempionatda light sanda döyüşü üzrə finala vəsiqə qazanıb.

"Cebheinfo.az"