"Barselona" və "Real" İngiltərə klubunun mərkəz müdafiəçisi ilə maraqlanır

"Barselona" və "Real" İngiltərə klubunun mərkəz müdafiəçisi ilə maraqlanır

İspaniyanın "Real" və "Barselona" klubları İngiltərə təmsilçisi "Kristal Pelas"da çıxış edən futbolçu Mark Qehi ilə maraqlanır.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçi nəhəng komandalarda çıxış etmək üçün müqaviləsinin vaxtından əvvəl ləğv olunmasına hazırdır.

İngiltərəli oyunçu "Real"a keçməyi üstün tutur. Onu heyətə cəlb etmək istəyən klub sözləşmənin ləğvi üçün 50 milyon funt-sterlinq ödəməlidir.

Qeyd edək ki, Mark Qehi cari mövsüm bütün turnirlərdə 43 matçda meydanda olub.

"Cebheinfo.az"