Kaliforniyada avtomobilin partlaması nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

ABŞ-nin Kaliforniya ştatında avtomobilin partlaması nəticəsində bir nəfər həlak olub.
"Report" bu barədə "NBC News"a istinadən xəbər verir.
Məlumata görə, bomba yüklü avtomobil tibb mərkəzinin yaxınlığında partlamış ola bilər.
Polis və yanğınsöndürənlər hadisə yerindədir.
Yerli hakimiyyət terror aktı ola biləcəyini istisna etmir.
00:27
ABŞ-nin Kaliforniya ştatında partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə ABC televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir. Həlak olanlar barədə hələlik məlumat yoxdur.
Ehtimala görə, tibb mərkəzinin yaxınlığında avtomobil də partlamış ola bilər.
"Cebheinfo.az"