Bakıdakı gizli görüşün DETALLARI

Bakıdakı gizli görüşün DETALLARI

İsrail Suriya rəsmiləri ilə bu yaxınlarda birbaşa danışıqlar aparıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Mənbə danışıqların Azərbaycanda aparıldığını bildirir.

Müzakirələrə İsrail tərəfdən İsrail Hərbi Əməliyyat İdarəsinin rəisi, general-mayor Oded Başyuk qatılıb.

Başyukun Türkiyənin iştirakı ilə Suriya hökumətinin rəsmiləri ilə görüşdüyü bildirilir.

“İsrail Müdafiə Qüvvələri Azərbaycanda aparılan danışıqları nə təsdiq, nə də təkzib etməsə də “TSAXAL” rəsmiləri ilə Suriya hökumətinin nümayəndələri arasında birbaşa danışıqların olmadığını bildirib. Telekanal məlumatı dəqiqləşdirmək üçün Türkiyə hökumətinə müraciət edib.

Suriyanın Prezidenti Əhməd əl-Şaraa ötən həftə açıqlamasında ölkəsinə qarşı hücumlara son qoymaq və proseslərin hər iki tərəfin nəzarəti itirəcəyi nöqtəyə çatmaması üçün İsraillə dolayı danışıqlar apardığını deyib. İsraillə birbaşa danışıqların aparılmasına dair Dəməşq hər hansı məlumat yaymayıb”, - deyə “CNN” qeyd edir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”