Bakıda piyadanı öldürən əcnəbiyə hökm oxundu

Bakıda piyadanı öldürən əcnəbiyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Dağıstan vətəndaşı Elbrus Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Qəniyev beş il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan dairəsi ərazisində baş verib. Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı Qəniyev Elbrus Ayvaroviç idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən Səbuhi Hüseynzadəni vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb.

"Cebheinfo.az"