Messi yenidən milliyə çağırıldı

“İnter Mayami”nin futbolçusu Lionel Messi yenidən Argentina millisinin heyətinə dəvət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
38 yaşlı hücumçu gələn il keçiriləcək Dünya Çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Çili və Kolumbiya ilə oyunlar üçün milli komandaya çağırılıb.
Argentina millisi iyunun 6-da Çili, iyunun 11-də isə Kolumbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Messi yüngül zədələr səbəbilə millinin son iki oyununda iştirak etməmişdi.
"Cebheinfo.az"