Qalmaqallı aparıcı da kosmetoloq qurbanı oldu – VİDEO

Qalmaqallı aparıcı da kosmetoloq qurbanı oldu – VİDEO

Nigar Fərhad ölümlə üz-üzə qalıb.

"Cebhenfo.az" “milli.az”a istinadən xəbər verir ki, aparıcı kosmetoloq qurbanı olduğunu açıqlayıb.

Bu barədə danışan Nigar saniyəlik fərqlə həyatda qaldığını bildirib:

"Sağlamlıq cəhətdən danışmaq çətin olsa da, deməyə məcburam. Kosmetoloq olmayan qadın üzərimdə prosedur etdi. Guya Türkiyədə oxuyub, Bakıda klinikada cərrahdır. Hamısı yalan imiş. Bir neçə gün sonra bədənim çirk verməyə başladı. İnfeksiya qanıma keçirdi. Nə baş verdiyini bilmirdim. "Sepsis"lə saniyələr qalmışdı, həkim dedi ki, "narkoz" verirəm, tez əməliyyata salın, ölümlə üz-üzədir.

Son günlərdə nələr yaşadığımı heç kəsə anlada bilmərəm. Anam ayaqyalın əməliyyatxananın qarşısında durmuşdu ki, qızıma heç nə olmasın. Dərmanlarla yaşayıram, ağzımın içi bütün tikişdir. Çöplə su içirəm, normal yeyə bilmirdim. Beş günə 56 kilodan 48-ə endim. Klinikada hər gün 6 saat antibiotik və sistemlər altında yatırdım".

Daha ətraflı videomaterialda:

"Cebheinfo.az"