"156 “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb" - GENERAL

“Xüsusi polis qrupları tərəfindən keçirilmiş xüsusi əməliyyat axtarış tədbirləri ilə 161 insan alveri faktı insan alveri məqsədilə qanunsuz hərəkətlərlə əlaqədar aşkarlanıb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov bildirib.
S. Əzimov qeyd edib ki, həmin faktlar üzrə 15 cinayət işi başlanaraq 16 təqsirləndirilən şəxs qismən məsuliyyətə cəlb olunub:
“Ümumilikdə 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmə məsuliyyətinə verilib, 11 nəfər haqqında ittihamedici hökmlər çıxarılıb. 2024-cü ildə insan alveri, əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 nəfər, o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb.
İnformasiya texnologiyalarından istifadə edilməklə törədilən 44 hüquqazidd hərəkətin qarşısı alınaraq aşkarlanan faktlar üzrə cinayət işi başlanıb. Eyni zamanda insan alverinin təbliği ilə məşğul olması müəyyən edilən ümumilikdə 156 “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb”.
“Cebheinfo.az”