Azərbaycana turist axını 1 % artıb

Azərbaycana turist axını 1 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 735 min 884 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

"Cebheinfo.az" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Təkcə apreldə isə ölkəyə 227 788 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 7 % azdır.

Aprel ayında Azərbaycana ən çox turist 53 073 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (39 417 nəfər), 3-cü yerdə isə Hindistan (26 253 nəfər) qərarlaşıb.

Bundan başqa, ay ərzində İrandan 16,6 min, Gürcüstandan 9,4 min, Qazaxıstandan 7,9 min, Səudiyyə Ərəbistandan 7,8 min, Pakistandan 7,2 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,8 min, Özbəkistandan 4,1 min turist gəlib.

"Cebheinfo.az"