Günün fotosu...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla da görüşüb.
“Qafqazinfo”nun məlumatına görə, son zamanlarda siyasəti cəhətdən gərgin olan ölkələrin liderlərinin görüşü olduqca səmimi alınıb.
Görüşdə hər iki ölkə başçısının təbəssüm edərək söhbət aparması maraqlı kadrlar ortaya çıxarıb.
Hazırda təqdim edəcəyimiz şəkli heç bir şərh vermədən siyasi cəhətdən günün fotosu adlandıra bilərik. Onsuz da son illərdə hər üç ölkə arasında gedən siyasi danışıqlarda kimin lider olduğunu məhz bu foto özü deyir.
“Cebheinfo.az”