Xocasəndə taxta yeşikləri sexində yanğın

Xocasəndə taxta yeşikləri sexində yanğın

Xocasəndə taxta yeşiklər yığılan ərazi yanır.

FHN-dən verilən məlumata görə, “112" qaynar telefon xəttinə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklər yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Cebheinfo.az"