Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Hüseynov İkram Əliaslan oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
“Cebheinfo.az”