Türkiyə-ABŞ-Ukrayna danışıqları başa çatdı

İstanbulda Türkiyə, ABŞ və Ukrayna rəsmiləri arasında aparılan üçtərəfli danışıqlar başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumatda o da qeyd olunur ki, üçtərəfli görüş bir saatdan çox çəkib.
***
12:11
Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək.
"Unian" xəbər verir ki, bu anlarda Türkiyə-ABŞ-Ukrayna danışıqları artıq başlayıb.
Ukraynadakı müharibə ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gələn Amerika nümayəndə heyətinin əhvalı “olduqca tutqun”dur.
Bu barədə mayın 16-da dövlət katibi Marko Rubio ilə Türkiyəyə uçan BBC müxbiri Tom Beytman məlumat verib.
Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü İstanbuldakı "Dolmabahçe" sarayında keçirilir.
Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.
"Cebheinfo.az"