Tramp ona verilən hədiyyədən şoka düşüb

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq turu zamanı Səudiyyə Ərəbistanı və Qətərdən ümumilikdə 1,8 trilyon dollarlıq investisiya vədləri alıb.
“Cebheinfo.az” xəbər verir ki, Tramp Birləşmiş Ərəb Əmirliklərində də enerji tərəfdaşlığı müqaviləsi imzalayıb.
Razılaşmadan sonra ABŞ liderinə maraqlı həddiyə verilib.
Belə ki, ona simvolik olaraq dünyanın ən keyfiyyətlisi adlandırılan petroldan bir damcı təqdim olunub.
Tramp isə jurnalistlərə tərəf çönərək “Bu planetdəki ən keyfiyyətli petroldan mənə sadəcə bir damcı verdilər, həyəcanlanacağımı gözləməyin” - deyərək hədiyyəni bəyənmədiyini söyləyib.
Onun bu çıxışı sosial şəbəkələrdə gündəm olub.
Elmir
“Cebheinfo.az”