Baş Prokurorluq: "Cinayətkarların məhkəməyə çıxarılmasına çalışacağıq"

Baş Prokurorluq: "Cinayətkarların məhkəməyə çıxarılmasına çalışacağıq"

"Yekaterinburqda baş verənlər cinayət işinin araşdırılması üçün Baş Prokurorluq əlindən gələni edəcək".

"Cebheinfo.az" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluq tərəfindən keçirilən brifinqdə deyib.

O bildirib ki, Baş Prokurorluq Azərbaycan Konstitusiyasına sadiq qalaraq, ölkə vətəndaşına qarşı törədilmiş cinayətin araşdırılmasını özünə borc bilir:

“Buna görə də tərəfimizdən istintaq başlanılıb. Biz bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik. Cinayətkarların məhkəmə qarşısına çıxarılmasına çalışacaq”.

"Cebheinfo.az"