Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi

Yekaterinburqda ötən illərdə törədilən qətllərlə bağlı istintaq çərçivəsində həbs olunan Akif Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS Sverdlovsk vilayəti məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinə istinadla məlumat yayıb.
"Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsinə Akif Səfərovun barəsində seçilmiş qətimkan tədbirindən apellyasiya şikayəti daxil olub", - deyə məhkəmə nümayəndəsi bildirib.
Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev, bu gün isə Şahin Lalayev həbs olunublar.
Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti onların 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə iştirakda şübhəli bilindiyini qeyd edib.
"Cebheinfo.az"