Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

1602-ci komissiya üzrə Naxçıvan və Bakı şəhərlərində, 10, 13, 211-ci komissiyalar üzrə isə Naxçıvan şəhərində qabiliyyət imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən “Cebheinfo.az”-a verilən məlumata görə, 1601 və 1701-ci komissiyalar üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanlarında müvəffəq qiymət almış abituriyentlər ikinci imtahanda (rəngkarlıq (1601) və yapma (1701) fənləri) iştirak etmək üçün buraxılış vərəqələrini çap edə bilərlər.
1601 və 1701-ci komissiyalar üzrə ikinci imtahanda iştirak etməyən abituriyentlərin yekun nəticəsi qeyri-məqbul hesab olunacaq.
10-cu komissiya üzrə Bakı şəhərində, 1602-ci komissiya üzrə regionlarda, 13 və 211-ci komissiyalar üzrə isə həm Bakı şəhərində, həm də regionlarda imtahan verəcək abituriyentlərin buraxılış vərəqələri tezliklə qeydiyyatdan keçdikləri səhifədə yerləşdiriləcəkdir.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan https://dim.gov.az/storage/postFile/teqvim-qabiliyyet-01072025pdf_02-07-2025_10-07-48.pdf tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.
Nigar
“Cebheinfo.az”