Azərbaycan bütün hüquqi mexanizmlərdən istifadə edəcək - RƏSMİ

"Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək".
"Cebheinfo.az" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb:
“Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu da buna sadiqdir. Baş prokurorluq bu cinayət işinin araşdırılmasını özünə borc bilir”.
"Cebheinfo.az"