Yekaterinburq məhkəməsindən daha bir azərbaycanlı il bağlı QƏRAR

Yekaterinburq məhkəməsindən daha bir azərbaycanlı il bağlı QƏRAR

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi müstəntiqin vəsatətinə baxaraq, Şahin Məmmədali oğlu Lalayev barəsində həbs qətimkan tədbiri seçib.

Məhkəmə iyunun 29-da barəsində təyin etdiyi 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılması barədə qərar çıxararaq Lalayevi iyulun 19-na kimi İstintaq təcridxanasına göndərib.

Qeyd edək ki, Lalayev iyunun 26-da, Səfərov qardaşlarına qarşı keçirilən əməliyyatlardan bir gün öncə saxlanılıb. Amma onlar eyni gündə, iyunun 29-də məhkəmə qarşısına çıxarılıb.

İbtidai istintaq orqanları Lalayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi, 33-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edib.

"Cebheinfo.az"