Nura Suri: “İnsanlar çox qəddarlaşıb”

“Belə bir dünyada yaşamaq məni sarsıdır və qorxudur”.
“Cebheinfo.az” xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri “Facebook” hesabında yazıb.
O qeyd edib ki, insanlar çox qəddarlaşıb:
“Rusiyada yaşayan azərbaycanlılara görə narahatam. Müharibələrdən bezmişəm. Dünyadakı müharibələr bitmir. Belə bir dünyada, indiki zamanda valideyn olmazdan əvvəl düşünün. Belə bir dünyaya özünüzdən bir can gətirmək istəyirsinizmi? Hər gün dünyada yeyəcək məhsulların qiyməti artır”.
Sənətçi fikirlərini belə əsaslandırıb:
“Dünyanın bəzi ölkələri su qıtlığından əziyyət çəkir. Bəziləri isə rəsm əsərlərinə milyonlara pul ödəyib, evinin divarından asır. Çox absurd bir dünyada yaşayırıq. Kimsə bir günlük toy tədbirinə 56 milyon xərcləyir, kimsə övladlarına 1 kiloqram meyvə almağa çətinlik çəkir. Ədalət sözü yalnız yazılan kitablarda söz olaraq qalır və başqa heç bir məna kəsb etmir artıq. Həm sevgi, həm də hörmət pulla alınır”.
Aslan
“Cebheinfo.az”