Ukrayna "F-16" qırıcısını itirdi

Ukrayna "F-16" qırıcısını itirdi

Ukrayna "F-16" qırıcısını itirib, pilot katapult edə bilib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, qırıcı bu gün səhər saatlarında Rusiya hərbi qüvvələrinin hava hücumunu dəf etmək missiyasını yerinə yetirərkən onunla əlaqə kəsilib.

"İlkin məlumatlara görə, pilot təyyarə topundan istifadə etməklə üç hava hədəfini məhv edib və dördüncü hədəfdə işləyib. Bununla belə, təyyarədə anormal vəziyyət yaranıb", - Ukrayna Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Nəticədə pilot təyyarəni məskunlaşma ərazisindən uzaqlaşdırıb və katapult edib.

Axtarış-xilasetmə qrupu artıq onu taparaq təxliyə edib.

"Cebheinfo.az"