Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkəti təxirə salınmadan aparılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istintaq hərəkətinin təxirə salınmadan aparılması zəruri olduğu hallarda, müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Cebheinfo.az"