Alpinist ölü tapılıb


Hindistanlı alpinist Subrata Qoş dünyanın ən hündür nöqtəsi olan Everest dağının zirvəsi yaxınlığında ölü tapılıb.

"Cebheinfo.az" “The Himalayan Times” qəzetinə istinadən xəbər verir ki, rəsmilər Qoşun Everest dağının zirvəsi yaxınlığında Hillari pilləsinin altında öldüyünü bildiriblər.

Səlahiyyətlilər bildiriblər ki, dünyasını dəyişən 45 yaşlı alpinist Qoşun cəsədini baza düşərgəsinə gətirmək üçün səy göstərirlər.

Qoşun ölümü bu mövsüm Everest dağında baş verən ikinci ölümdür.

Filippinli alpinist Filip Santyaqo da 7 900 metr hündürlükdə yerləşən Everestin 4-cü düşərgəsinə çatdıqdan sonra dünyasını dəyişib.

Santyaqonun ölüm səbəbinin həddindən artıq yorğunluq olduğu, onun cansız bədəninin pis hava şəraiti və maddi-texniki çətinliklər səbəbindən düşərgə ərazisində qaldığı bildirilib.

Səhv planlaşdırma və əlverişsiz hava şəraiti Everest dağında bəzi alpinistlərin ölümünə səbəb olub.

Nigar Hacılı 
"Cebheinfo.az"