Arif Babayev xəstəxanadan çıxdı: “İndi yaxşıyam”

Arif Babayev xəstəxanadan çıxdı: “İndi yaxşıyam”

Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb.

Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub. 

Mayın 14-də Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mükafatı Xalq artisti Arif Babayevin evində sənətkara təqdim edib. 

Onu da xatırladaq ki, Arif Babayev təltifetmə xəbərini xəstəxanada eşitmişdi.

Modern.az Xalq artisti Arif Babayevlə yenidən əlaqə saxlayıb. O, səhhətinin indi daha yaxşı olduğunu qeyd edib.

“İndi daha yaxşıyam, xəstəxanadan bir müddət əvvəl çıxmışam”. 

Xalq artisti sonda ona diqqət göstərən hər kəsə təşəkkürünü bildirib:

“Mən sizə də çox minnətdaram, Azərbaycan xalqından da çox razıyam, onlar həmişə məni xatırlayır, yada salır. Çox sağ olun!”, – deyə A. Babayev sonda deyib. 

"Cebheinfo.az"