Azərbaycan I Liqasının qalibi mükafatlandırılıb

Azərbaycan I Liqasının qalibi mükafatlandırılıb

Futbol üzrə Azərbaycan I Liqasının qalibi olan "Qəbələ" klubu mükafatlandırılıb.

"Report"un məlumatına görə, tədbir XXVI turda "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, "Qəbələ" cari mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.

"Cebheinfo.az"