Osimhen “Qalatasaray”ın tarixinə keçdi

Osimhen “Qalatasaray”ın tarixinə keçdi

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Viktor Osimhen daha bir uğura nail olub.

“Cebheinfo.az” xəbər verir ki, ulduz futbolçu “Cim-Bom”un tarixinə keçib.

O, bir mövsüm ərzində 35 qol vuraraq rekord qırıb.

Osimhen “Qalatasaray”ın tarixində bir mövsümdə ən çox qol vuran xarici futbolçu ünvanının sahibi olub. İndiyə kimi bu uğur 34 qolla Jardeldə idi.
Qeyd edək ki, 26 yaşlı dünya ulduzu bu mövsüm Super Liqada 24, UEFA Avropa Liqasında 6, Türkiyə Kubokunda isə 5 qol vurub.

Elmir
“Cebheinfo.az”