Badmintonçularımız Bolqarıstanda bürünc medal qazanıblar

Badmintonçularımız Bolqarıstanda bürünc medal qazanıblar

Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən “Bulgarian Junior International 2025” beynəlxalq turnirdə bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ülvi Hüseynov ilə Leyla Camalzadə qarışıq-qoşa kateqoriyasında yarmfinala yüksəlməklə bürünc mükafata sahib çıxıblar.

Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn təmsilçilərimiz finalın bir addımlığında Ülvi Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırmalı olublar.

Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.

"Cebheinfo.az"