“Paşinyana sadiqlik müsabiqəsi” elan edilib

“Paşinyana sadiqlik müsabiqəsi” elan edilib

“Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyası “sədaqət müsabiqəsi” elan edib”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır. “Seçkilər ərəfəsində hakim partiyadan olan deputatlar Günəş altında öz yerlərini tapmaq üçün ölkənin bir nömrəli tribunasından müxalif həmkarlarına qarşı ən iyrənc ifadələr işlədirlər ki, Nikol Paşinyan onların sədaqətini və vəfasını artıqlaması ilə qiymətləndirsin, adlarını 2026-cı ildə “Vətəndaş Müqaviləsi”nin seçki siyahısına daxil etsin, yaxud hakimiyyətin günəşi altında bir yerlə təmin etsin. 

Hər gün idarəolunmaz hala gələn “Vətəndaş Müqaviləsi”nin deputatları parlament institutuna hörmətsizlik edərək siyasi rəqiblərinə və ictimaiyyətə qarşı getdikcə daha aqressiv və qeyri-insani davranışlar nümayiş etdirirlər”,-deyə qəzet qeyd edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”