“Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı layihənin icrasına start verilib

“Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı layihənin icrasına start verilib

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı növbəti layihəsinin icrasına cari ilin may ayının əvvəlindən start vermişdir.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin əsas ideyası Şuşanın görkəmli  şəxsiyyətlərindən olan şair, rəssam, astronom,  ədəbiyyatşünas,  nəqqaş, tarixçi, xəttat və musiqişünas  alim Mir Möhsün Nəvvab və ikinci dünya müharibəsi iştirakçısı Genral mayor Yaqub Allahqulu oğlu Quliyevi gənc nəsilə və geniş ictimaiyyətə tanıtmaqdır. Layihə çərçivəsində Mir Möhsün Nəvvab və Genral mayor Yaqub Quliyevin həyat və yardıcıqları haqqında  video çarxlar hazırlanacaq və geniş ictimaiyyətə təqdim olunacaqdır.

Qeyd edək ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və iyul ayının sonunadək davam edəcəkdir.

"Cebheinfo.az"