Politoloqdan şok iddia: “Rusiya ilə Avropa İttifaqı arasında gizli...”

“Ankarada Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpa olunması pozitiv məqam olsa da, ilk mərhələdə ümidverici razılaşmaların olacağına inam demək olar ki, yoxdur”.
“Cebheinfo.az” xəbər verir ki, bu sözləri politoloq Qulamhüseyn Əlibəyli bildirib.
O qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibi, danışıqların başlanmasının bilavasitə ərəfəsində qarşılıqlı ittihamlar, xüsusən də Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına Rusiya rəsmilərinin aşağılayıcı ifadələri bu nəticəyə gəlmək üçün kifayət qədər əsas verir:
“Rusiya nümayəndə heyətinin tərkibinə daxil olan rəsmi şəxslərin heç biri öz sahəsinə aid hər hansı bir məsələyə, xüsusən də atəşkəs və sülh prosesi ilə əlaqədar məsələlərə dair müstəqil qərarlar qəbul etmək səlahiyyətində deyil. Bu isə o deməkdir ki, həmin şəxslər yalnız texniki xarakterli məsələlərdən danışa bilərlər. Yəni birbaşa danışıqların bərpası haqqında Putinin bir neçə gün əvvəlki bəyanatları formal xarakter daşıyır”.
Onun sözlərinə görə, Yaxın Şərq turnesi çərçivəsində ABŞ Prezidenti Trampın verdiyi dolaşıq və ikibaşlı açıqlamalar Avropa İttifaqı ilə Rusiya arasında gizli danışıqlar getdiyini güman etmək üçün kifayət qədər əsas verən amil hesab oluna bilər:
"Danışıqların predmetinin təkcə Ukraynanın bölüşdürülməsi deyil, bütövlükdə dünyanın iki dövlətin təsir məkanlarına ayrılması təşkil edə bilər. Görünür, bu proses hələ qəti şəkildə başa çatmadığından Rusiya danışıqlara səlahiyyətsiz adamları göndərməklə vaxt qazanmağa çalışır”.
Elmir
“Cebheinfo.az”