Azərbaycan metanol istehsalını 4 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 196,5 min ton həcmində metanol (metil spirit) istehsal olunub.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 4 ayı ilə müqayisədə 4,4 % çoxdur.
Bu il mayın 1-nə 19 min ton hazır məhsul qalığı yaranıb.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
"Cebheinfo.az"