Teymur Kərimovun cəzası azaldıldı

Teymur Kərimovun cəzası azaldıldı

Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası dəyişdirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi onun vəkili tərəfindən verilmiş şikayəti qismən təmin edib.

T.Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.

Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. O, kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi. Onun haqda isə şərti cəza hökmü qüvvədə qalıb.

"Cebheinfo.az"