Gəmi körpüyə çırpıldı - VİDEO

Gəmi körpüyə çırpıldı - VİDEO

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi tanışlıq gəzintisi zamanı Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb.

“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Nyu-York meri Erik Adams bildirib ki, hadisə nəticəsində 19 nəfər yaralanıb.

Onun sözlərinə görə, yaralananlardan ikisinin vəziyyəti ağırdır. Ümumilikdə gəmidə 277 nəfər olub.

Bildirilib ki, körpünün konstruksiyasına ziyan dəyməyib və nəqliyyatın hərəkəti bərpa edilib.

Məlumata görə, gəminin Yamayka, Kuba, İslandiya və Fransa da daxil olmaqla 15 ölkənin 22 limanını ziyarət etməsi planlaşdırılırdı.

Hadisənin görüntülərini təqdim edirik:

"Cebheinfo.az"